Yazını böyüt
Yazını kiçilt
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində olub.
Belə ki, hərəkətdə olan "Mercedes markalı avtomobil qarşıdan gələn "KİA" markalı avtomobil ilə toqquşub. Nəticədə avtomobildə olan 4 nəfər 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.